BURADA REKLAMINIZ OLA
BİLƏR

Millimizin baş məşqçisi infarktdan öldü

Qılıncoynatma üzrə Azərbaycan milli komandasının məşqçisi Cahangir Səfərov vəfat edib.

 

Pravda.az Azərbaycan Qılıncoynatma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis “European Cadet Circuit” turniri ilə əlaqədar Türkiyənin İstanbul şəhərində səfərdə olarkən qəfil ürəktutmadan dünyasını dəyişib.

 

Federasiya məşqçinin vaxtsız vəfatından kədərləndiyini bildirir, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Tarix: 12 Noyabr 2021, 15:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin