BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan xalqı olaraq buna çox böyük önəm veririk" - Prezident

 Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündəki çıxışında Özbəkistanın işğaldan azad edilmiş ərazilərdə məktəb tikintisinə maliyyə ayırmasına görə bu ölkənin Prezidenti Şevket Mirziyoyevə təşəkkür edib.

 

Pravda.az-ın məlumatına görə, Prezident İlham Əliyev Ş. Mirziyoyevin cəhdləri sayəsində Özbəkistan hökumətinin maliyyəsi ilə bu bölgədə böyük məktəb inşasının həyata keçiriləcəyini bildirib: “Hörmətli Mirziyoyevə təşəkkürümü bildirirəm, onun cəhdləri sayəsində Özbəkistan hökumətinin maliyyəsi ilə bu bölgədə böyük məktəb inşası həyata keçirəcəyik. Bu, dostluq və qardaşlığın nümunəsidir. Azərbaycan xalqı olaraq buna çox böyük önəm veririk”.

Tarix: 12 Noyabr 2021, 18:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin