BURADA REKLAMINIZ OLA
BİLƏR

“ABŞ ermənilərə ərköyün övlad kimi yanaşır, onların cinayətlərinə rəvac verir” - Deputat

"ABŞ Prezidenti Cozef Baydenin təşəbbüsü ilə dekabrda keçiriləcək "Demokratiya zirvəsi" sammitinə Ermənistan da dəvət olunduğuna görə Ağ Evin Azərbaycana qarşı münasibətinin pis olduğunu demək olmaz. Lakin Ermənistan dövləti mövcud olduğu müddətcə daim işğalçılıq, seperatçılıqla məşğul olub. Həmçinin ABŞ, Cənubi və Latın Amerikasında yaşayan bütün erməni dəstələri ölkə qanunlarını pozmaqla məşğuldurlar. Yəni, nədənsə bir sıra ölkələr, eləcə də ABŞ ermənilərə ərköyün övlad kimi yanaşır, onların cinayətlərinə rəvac verirlər".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

Parlament üzvü bildirib ki, “Ermənistan” və “Demokratiya” bir-birinə yad olan anlayışlardır: "Ermənistan adı keçən yerdə demokratiyadan, insan hüquqlarından, haqdan, ədalətdən danışmaq əbəsdir. Ancaq şimal və cənub qonşumuz, Avropa İttifaqı, ABŞ, demək olar ki, əksər ölkələr erməniləri öpüb, gözlərinin üstünə qoyurlar. Guya Ermənistanda demokratik quruluş olması ilə razılaşırlar. Ermənistanda keçirilən bütün seçkilərdə - istər parlament və bələdiyyə seçkiləri, istərsə də prezident seçkiləri - həmişə hər birində total saxtakarlıqlar müşahidə edilir. Hətta mühafizəçilər döyülür, öldürülür və ya həbsə salınırlar. Yəni, Ermənistanın demokratiyaya yanaşması belədir. Bir neçə dəfə demişəm, yenə də təkrar edirəm: bəzi nəsli kəsilməkdə olan heyvanların adının “Qırmızı Kitab”a yazıldığı kimi, sanki bir sıra dövlətlər də Ermənistanın adını “Qırmızı Kitab”a yazıblar. Düşünürlər ki, ermənilər nə qələt edirlərsə, etsinlər, onlara dəymək olmaz. Bundan başqa isə qeyd olunan mövzu ABŞ-ın demokratik prinsiplərə yanaşmasını və münasibətini ortaya qoyur".

Tarix: 12 Noyabr 2021, 18:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin