BURADA REKLAMINIZ OLA
BİLƏR

Lavrov fransalı həmkarları ilə Ermənistanla Azərbaycan arasındakı vəziyyəti müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu fransalı həmkarları Jan-İv le Drian və Florens Parli ilə Ermənistanla Azərbaycan arasındakı vəziyyəti müzakirə edib.

 

Pravda.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Görüş Parisdə keçirilən Fransa-Rusiya Təhlükəsizlik Əməkdaşlıq Şurası çərçivəsində baş tutub.

 

Qeyd edilib ki, danışıqlar zamanı tərəflər ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Fransa və Rusiyanın Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh sazişinin əldə olunması üçün birgə səylərini müzakirə ediblər.

Tarix: 12 Noyabr 2021, 23:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin