BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Hacılı Xankəndiyə getmək istəyir – “Heç kəs oraya getməyimin qarşısını ala bilməz”

“Təklif etmişdim ki, Xankəndiyə getməyə cəhd göstərmək lazımdır. Özüm ora getmək istədiyimi bildirmişdim. Xankəndi Azərbaycan ərazisidir, heç kəs oraya getməyimin qarşısını ala bilməz”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

 

“Hakimiyyət mənə ümumi sözlərlə cavab verdi. “Baxarıq”, “düşünərik"... Hakimiyyət siyasətçilərin, jurnalistlərin Xankəndiyə getməsinin qarşısını niyə almalıdır? Hakimiyyət jurnalistlərin Xankəndiyə, Xocalıya səfərini təşkil etməlidir. Əgər buraxmasalar, dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Biz “problem yoxdur” deməklə problem bitə bilməz. Üzərinə getməliyik, həll etməliyik. Vaxt itiririk...” – A.Hacılı qeyd edib.

 

Kənan

Tarix: 13 Noyabr 2021, 00:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin