BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanın Qarabağda anti-terror əməliyyatı aparmağa tam hüququ çatır” - AÇIQLAMA

“Qarabağda anti-terror əməliyyatlarının həyata keçirilməsi üçün ilk növbədə, terrorun miqyası müəyyən edilməlidir. Terrorçular tapılaraq mütləq cəzalandırılmalıdır. Heç şübhəsiz ki, həmin diversantların arxasında dayanan var. Hətta hesab edirəm ki, həmin terrorçuları dəstəkləyən, onlara havadarlıq edən qüvvələr diversantları nəinki Qarabağdan, eyni zamanda Ermənistandan idarə edirlər”.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Fikrət Sadiqov deyib.

 

 

O bildirib ki, ilkin olaraq Qarabağda genişmiqyaslı anti-terror əməliyyatları aparılmasa da, araşdırma aparılmalıdır: “İşğaldan azad edilmiş ərazilərdən terrorçuların təmizlənməsi üçün daha ciddi işlər aparılmalı, məsələ daim diqqət mərkəzində saxlanılmalıdır. Bundan başqa, Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlıların da bu məsələyə daha ciddi yanaşmalarını tələb etməliyik. Rusiya sülhməramlı kontigentinin xüsusi kəşfiyyatı erməni diversantlarının törədə biləcəkləri terrorları əvvəldən araşdırıb, qarşısını almalıdırlar. İstənilən halda, Azərbaycanın Qarabağda anti-terror əməliyyatı aparmağa tam hüququ çatır. Çünki həmin torpaqlar Azərbaycanın suveren ərazisidir. Bizim ərazimizdə törədilən terror aktları ilə bağlı Azərbaycan tərəfinin ciddi addımlar atması labüddür”.

Tarix: 13 Noyabr 2021, 12:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin