BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycan və Kolumbiya arasında qarşılqılı faydalı əməkdaşlıq üçün geniş əlaqələr yaradılıb”

“Kolumbiya Senatının Xarici əlaqələr daimi Komissiyası və yuxarı palatada fəaliyyət göstərən Kolumbiya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 30 illiyi və Vətən müharibəsindəki qələbəmizin birinci ildönümü ilə əlaqədar bəyanat qəbul edilib. Qəbul olunmuş sənəddə zəfər günüylə bağlı qardaş ölkənin Azərbaycan xalqına təbrikini çatdırması və 44 günlük savaşda haqlı mövqeyimizi dəstəkləməsinə görə Kolumbiya-Azərbaycan parlamentlərarası dostluq qrupuna və hökumətinə təşəkkürümü çatdırıram. Qardaş ölkələr olan Azərbaycan və Kolumbiya bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və dəstəklərini hər zaman bəyan ediblər”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Cəfərov deyib.

 

Deputat bildirib ki, iki ölkə arasında iqtisadi, ticarət, təhsil, turizm, kənd təsərrüfatı, enerji, logistika, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş əlaqələr yaradılıb: “Azərbaycan-Kolumbiya Parlamentlərarası Dostluq Qrupunun fəaliyyəti təqdirəlayiqdir”.

Tarix: 13 Noyabr 2021, 13:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin