BURADA REKLAMINIZ OLA
BİLƏR

Səməd Seyidov, Asim Mollazadə, Erkin Qədirli və Nigar Arpadarai Vaşinqtona gedirlər

Milli Məclisin (MM) Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Vaşinqtonda səfərdə olacaqlar.

 

MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov və qrupun üzvləri Asim Mollazadə, Erkin Qədirli və Nigar Arpadarai noyabrın 14-də Vaşinqtona yola düşəcəklər.

 

Deputatların Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən ABŞ-Azərbaycan parlamentlərarası əlaqələrinin gücləndirilməsi və gündəlikdə olan məsələlərin müzakirəsi məqsədilə Konqresin Senatında və Nümayəndələr Palatasında, Dövlət Departamentində bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.

 

Səfər noyabrın 21-də başa çatacaq.

Tarix: 13 Noyabr 2021, 14:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin