BURADA REKLAMINIZ OLA
BİLƏR

Tovuzda qəza olub ölən və xəsarət alanlar var

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Pravda.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını ilə "VAZ 2107" markalı minik avtomobili toqquşub.

 

Qəza zamanı 1962-ci il təvəllüdlü Hüseyn Zeynalov hadisə yerində ölüb, 6 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Hadisə yerinə DYP əməkdaşları cəlb olub.

 

Hadisənin başvermə səbəbləri araşdırılır.

 

APA

Tarix: 15 Noyabr 2021, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin