BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Müharibənin başa çatmasına baxmayaraq, erməni təxribatları davam edir”

“Qarabağ Azərbaycanın suveren ərazisi olduğu üçün orada cinayət və təxribat törədən istənilən şəxsin cəzalandırılması Azərbaycan qanunları ilə tənzimlənnəlidir. Həmin təxribatçının Ermənistana təhvil verilməsi beynəlxalq hüquq normalarına ziddir. Mən Rusiyanın Azərbaycana qarşı münasibətinin pis olduğunu hesab etmirəm, lakin görünən odur ki, Rusiya sülhməramlı qüvvələri də çıxılmaz vəziyyətdə qalıblar”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

 

Parlament üzvü bildirib ki, erməni təxribatlarının yeni müharibəyə səbəb olacağını zənn etmir: "İstənilən halda, Ermənistan davranışlarına fikir verməli və belə təxribat xarakterli əməllərinə birdəfəlik son qoymalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, hazırda Qarabağda ermənilərin həyat səviyyəsi də yüksək deyil. Fikrimcə, belə təxribatların əsas səbəbi Nikol Paşinyanı devirməkdir. Hazırda Ermənistanın baş naziri Nikol Paşinyan ciddi müxalif qarşıdurma ilə üz-üzədir. Rusiya sülhməramlılarının münasibəti barədə isə deyə bilərəm ki, bu məsələdə sıxışıb qalıblar. Ermənilər çox həyasız millətdir, onlar son vaxtlar rusları daim şərləyir, təhqir edirlər. Buna heç kim dözməz, amma Rusiya dözür. Hər halda, Azərbaycan sülh danışıqlarına hazırdır və bütün məsələləri sülh yolu həll etmək niyyətindədir”.

 

Nəzrin Cavid

Tarix: 15 Noyabr 2021, 14:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin