BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda maşinist iş zamanı öldü

Bakının Qaradağ rayonunda maşinist iş zamanı ölüb.

Pravda.az xəbər verir ki, noyabrın 12-də Qızıldaş qəsəbəsi ərazisində yerləşən “Qaradağ” ASC-yə məxsus daş karxanasında maşinist işləyən Əbülfəz Hacıyevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Müəyyən edilib ki, Əbülfəz Hacıyev işlədiyi daş karxanasında idarə etdiyi daş kəsən mişar maşın-kombaynın mühərrik hissəsinə ilişərək mühərrikin hərəkətdə olan hissəsinin arasında qalması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaq davam etdirilir.


Tarix: 15 Noyabr 2021, 16:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin