BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya və Türkiyə XİN başçılarının müavinləri Cənubi Qafqazda “3+3” mexanizminin aktuallığını təsdiqləyiblər

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və türkiyəli həmkarı Sedat Önal yaxın gələcəkdə Cənubi Qafqazda “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) mexanizminin işə salınmasının aktuallığını təsdiqləyiblər.

 

Pravda.az-ın xəbərinə görə, tərəflər Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda Rusiya-Türkiyə əməkdaşlığının geniş spektrini müzakirə ediblər.

 

“Bakı və İrəvan arasında münasibətlərin normallaşması kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli sazişlərinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi qeyd edilib. Yaxın vaxtlarda Cənubi Qafqaz üçün “3+3” regional məsləhətləşmə mexanizminin işə salınmasının aktuallığı vurğulanıb.

 

Tərəflər Əfqanıstandakı mövcud vəziyyətə toxunaraq Asiyadakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar, MDB məkanında və Ukraynadakı vəziyyəti müzakirə ediblər", deyə Rusiya XİN-in məlumatında qeyd olunub.

 

APA

Tarix: 15 Noyabr 2021, 19:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin