BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatların da maaşı artırılacaq

“Deputatlar cəmiyyətə açıq və əlçatandırlar. Yəni, onlarla istənilən vaxt ünsiyyət qurmaq mümkündür. Ona görə də gecə-gündüz “deputatlar, deputatların maaşı” və s. kimi sözlər camaatın dilindən düşmür. Bu cür danışanlar başqasının pulunu sayan insanlara oxşayırlar. Bu, yanlış yanaşmadır. Onu da qeyd edim ki, bir sıra reallıqları nəzərə alaraq Azərbaycanda Milli Məclisin deputatlarının maaşını yüksək hesab etmək olmaz”.

 

Bunu Pravda.az-a açıqlamasında parlament üzvü Elman Nəsirov növbəti ildən etibarən Milli Məclisin deputatlarının maaşının artırılması mövzusunda səsləndirilən tənqidi fikirlərin səbəbləri barədə danışarkən deyib.

 

Deputat bildirib ki, təkcə deputatların maaş məsələsini gündəmə gətirmək qətiyyən doğru deyil: “Bu gün Milli Məclisdə büdcə müzakirələri keçirilir və Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsi qəbul ediləcək. Faktiki olaraq, son 2 ildə COVID-19 pandemiyası və II Qarabağ savaşı olmaqla iki müharibə yaşamışıq. Bu cür mübarizələrdən sonra qəbul ediləcək büdcə Azərbaycanın bir dövlət kimi gücünü və potensialını nümayiş etdirir. Prezident İlham Əliyev oktyabrın 16-da imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addım idi. Beləliklə, 2022-ci ilin büdcəsində əmək haqlarının, pensiya və təqaüdlərin və digər sosial müavinətlərin artırılması planlaşdırılıb. Ölkədə nəinki deputatların, bütün vətəndaşların sosial ödənişlərinin və maaşlarının artırılması nəzərdə tutulub”.

 

Nəzrin Cavid

Tarix: 16 Noyabr 2021, 11:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin