BURADA REKLAMINIZ OLA
BİLƏR

“Müəllimlər haqqında ağızlarına gələni yazırlar, onlar da bizdəndir, övladlarımıza dərs keçiblər” – Nura Suri

“Hamı aqressiv, narazı, bir-birinə nifrət edir. Fikrin başqasınınkı ilə üst-üstə düşmürsə, anında xalq düşməninə çevirilirsən. Namizədlərin çoxu borca-xərcə girib reklam kampaniyasına pullar tökdü. İndi isə bir çoxu nə edəcəyini bilmir. Düşüblər Facebookun canına, hamını təhqir edirlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu müğənni Nura Suri deyib.

 

“Seçkiyə hamı qatılsaydı, gedib istədiyi adama səs versəydi, dərd yarı... Həmin adamların bu gün nəsə deməyə haqqı olardı. Oturub evdə klaviatura arxasında ağızlarına gələni yazırlar. Elə bilirlər ki, qəhrəmanlıq edirlər. Həmin müşahidəçilər, müəllimlər də bizdəndi. Əgər satılıblarsa, deməli, hamımız beləyik. Həmin müəllimlər bizə və övladlarımıza dərs keçiblər. Hamımız baş verənlərin bir hissəsiyik” – N.Suri qeyd edib.

Tarix: 12 Fevral 2020, 08:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin