BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda dəhşət: Tələbə qız dəm qazından boğularaq öldü

Bakıda tələbə dəm qazından boğulub.

 

Pravda.az-ın xəbərinə görə, hadisə paytaxtın Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında qeydə alınıb.

 

Həmin ünvanda yaşayan, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin 4-cü kurs tələbəsi, 2000-ci il təvəllüdlü Nigar Rəhmanova hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb.

 

Faktla bağlı Xətai rayonProkurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanılıb.APA

Tarix: 12 Fevral 2020, 09:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin