BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı – Sumqayıt qatarında sıxlıq - SƏBƏB

Son günlər pik saatlarda Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında sərnişin sıxlığı müşahidə olunur.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Sumqayıt şəhər sakini Elnur Məmmədli bildirib. Sərnişinin sözlərinə görə, ayaq üstə durmağa belə yer olmadığından vaqona minməkdə problem yaşanır.

 

“Son vaxtlar günün pik saatlarında Bakı-Sumqayıt elektrik qatarında sərnişin daşınmasının vəziyyəti acınacaqlı vəziyyətdədir. Vaqonlarda ayaqüstə durmağa belə yer olmadığından vaqona minməkdə də problemlər yaşanır. Üstəlik bu axşam da qatar xeyli müddət gecikdi.”,-deyə sakin bildirib.

 

Şəhər sakini Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayının artırılmasını və intervalın azaldılmasını təklif edib.

Fotoları təqdim edirik
Tarix: 20 Noyabr 2019, 21:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin