BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistan axmaq niyyətlərindən əl çəkməzsə, əsgərimiz bayrağımızı İrəvanın mərkəzində dalğalandıra bilər” - Deputat

“Azərbaycan-Ermənistan sərhədindəki son hadisələr Ermənistanın günahı ucbatından baş verir və məsuliyyəti də birbaşa özləri daşıyır. Hətta təkcə sərhəddə baş verənlər deyil, Şuşa ətrafında törədilən təxribatda da Ermənistan günahkardır. Faktlar Ermənistanın yenə də terrorçu və təxribatçı kimi çıxış etdiyi sübut edir.  Onların məqsədi bir neçə vacib yüksəliyi ələ keçirmək olsa da, buna nail ola bilmirlər, əskinə, uduzurlar. Həmçinin sərhədlərin müəyyənləşdirilməsi, delimitasiya və demarkasiya məsələlərinin həllini yubatmaq üçün təxribatlara əl atırlar. Burada vasitəçi olan Rusiyadır, çünki bir sıra vacib sənədlər, o cümlədən xəritələr və s. keçmiş sovetlər birliyinə aid olduğu üçün Rusiyanın əlindədir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələri, erməni təxribatlarını şərh edərkən deyib.

 

E.Məmmədov qeyd edib ki, sərhəd pozuntuları Ermənistan tərəfindən başqa planların həyata keçirilməsi üçün də törədilmiş ola bilər: “Bəlkə də, onlar təxribat törətməklə Azərbaycan ordusunun Ermənistan ərazisinə daxil olmasına şərait yaratmaq istəyirlər. Yəni, düşünürlər ki, Azərbaycan əsgəri erməni təxribatlarına cavab vermək üçün həmlə edəcək və Ermənistan geri çəkildikcə daha da irəliləyəcək. Lakin əlbəttə ki, ordumuz bu cür oyunlara gəlməz, bizim mövqeyimiz bəllidir. Bundan başqa isə, Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar, türkdilli dövlətlərin sammitinin keçirilməsi də Ermənistanı təxribata sövq edən səbəblərdən ola bilər. Ermənistanı təxribata həvəsləndirən başqa qüvvələr də mövcuddur. ABŞ və ümumiyyətlə, Qərb ölkələri Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün olmasının tərəfdarı deyillər, çünki belə olan halda, Rusiya və Türkiyənin bölgədəki nüfuzu getdikdə güclənə bilər. Ona görə də Qərb gizli yollarla Ermənistanı bu cür təxribatlar törətməyə, belə demək mümkündürsə, aranı qızışdırmağa həvəsləndirir”.

 

Deputat erməni təxribatlarının intensivləşməsinin yeni müharibəyə səbəb ola bilmə ehtimalına da toxunub: “Azərbaycan 44 günlük Vətən müharibəsində istəyinə nail olub. Son vaxtlar baş verən erməni təxribatlarına isə onların hücumunun miqyasına uyğun şəkildə cavab verilir. Əgər Ermənistan axmaq niyyətlərindən əl çəkməsə, münaqişə müharibəyə çevrilə bilər, lakin bu dəfə müharibə 44 gün ərzində olduğu kimi Azərbaycan ərazisində deyil, indiki Ermənistan ərazisində gedəcək. Azərbaycan əsgəri üçrəngli bayrağımızı tarixi Azərbaycan torpağı olan İrəvanın mərkəzində dalğalandıra bilər”.

 

Nəzrin Cavid

Tarix: 17 Noyabr 2021, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin