BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputata AĞIR İTKİ

9 fevralda Milli Məclisə keçirilən seçkilərə 32 saylı Suraxanı üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olaraq qələbə qazanan Afət Həsənovaya ağır itki üz verib.

 

Pravda.az-ın xəbərinə görə, A.Həsənovanın qardaşı Abbas Zeynalov vəfat edib. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.

 

Qeyd edək ki, seçkiyədək A.Həsənova Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsini tutub və seçkilərdə namizəd kimi iştirak etdiyi üçün məzuniyyətə çıxıb. O, 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsində 64.9 % səs toplayaraq yeni parlamentə seçilib.Publika.az

Tarix: 12 Fevral 2020, 10:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin