BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavid Osmanov: “Ermənistanın sərhəddə törətdiyi təxribatlar həm də ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dirçəldilməsinə xidmət edir”

“Ermənistan təxribatlar törətməyə, cinayətkar əməllərini intensivləşdirməyə davam edir. Bu cür təxribatlar xüsusən Azərbaycanın Zəfər bayramı, türk dövlətlərinin görüşü və s. bu kimi əlamətdar günlərdə intensivləşdirilir. Ötən gün də Ermənistan sərhəd pozuntuları törədib, təxribata əl atıb. Bunun arxasında bir neçə vacib məqam dayanır. Əvvəla, Ermənistanın hərbi siyasi rəhbərliyi təxribat xarakterli əməllərə görə birbaşa cavabdehlik daşıyır. Bir müddət əvvəl kütləvi informasiya vasitələrində, sosial mediada da üçtərifli görüşün keçiriləcəyi ilə bağlı xəbərlər yayıldı və belə olan halda da, Ermənistan təxribatlarını dərhal intensivləşdirməyə başladı”.

 

Bunu Pravda.az-a açıqlamasında Parlament üzvü Cavid Osmanov Azərbaycan-Ermənistan sərhədində baş verən son erməni təxribatları barədə danışarkən deyib.

 

Deputat qeyd edib ki, Ermənistan sərhədlərin delimitasiya və demarkasiyası, həmçinin Zəngəzur dəhlizinin açılması və sülh müqaviləsinin imzalanması məsələlərinə mane olmaq üçün süni əngəllər yaradır: “Ermənistan xüsusilə Şuşa ətrafında təxribat törətməklə Rusiya sülhməramlıları ilə Azərbaycanı qarşı-qarşı qoymaq istəyir. Nəticədə, ötən ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın müddəalarını pozmuş olur. Əlbəttə ki, bu təxribatların arxasında müəyyən siyasi dairələr dayanır. Çox ehtimal ki, Ermənistanın sərhəddə yaratdığı pozuntular həm də ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dirçəldilməsinə xidmət edir, çünki son hadisələr zamanı Minsk Qrupu vasitəçilik edə biləcəyi haqda bəyanatı dərhal yaydı. Reallıq budur ki, Azərbaycan 44 günlük Vətən müharibəsində öz “dəmir yumruğ”u ilə düşmənin başını əzib və torpaqlarımız işğaldan azad edilib. Azərbaycan istədiyi vaxt öz sərhədləri daxilində genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirə bilər, heç bir qüvvə bu mövzuda bizim qarşımızı almaq gücündə deyil. Qeyd etdiyim bir sıra siyasi qüvvələr isə Ermənistanı düşündükləri üçün deyil, öz maraqları naminə təxribatların intensivliyini istəyirlər. Lakin Azərbaycan təxribatların qarşısını qətiyyətlə alır və bütün məsuliyyət Ermənistanın hərbi siyasi rəhbərliyinin üzərinə düşür. Ümumiyyətlə, miqyasından asılı olmayaraq düşmən tərəfin bütün təxribatlarının qarşısının Azərbaycan ordusu tərəfindən genişmiqyaslı hərbi əməliyyatlar vasitəsilə alınması mümkündür”.

 

Nəzrin Cavid

Tarix: 17 Noyabr 2021, 14:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin