BURADA REKLAMINIZ OLA
BİLƏR

“Tahir müəllimin söhbəti “yiyəsi olmayan” məsələyə gedib çıxdı” - Sahibə Qafarova

 

 

Deputat Tahir Kərimlinin Milli Məclisə yeni avtomobillərin verilməsi təklifi spiker Sahibə Qafarovanın narazılığına səbəb olub.

 

Pravda.az-ın xəbərinə görə, deputat çıxışı zamanı bildirib ki, parlamentdə uzun illər işləyən gənclər var: "Mən deputatları demirəm. Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif edirəm. Bu yaxınlarda bir nəfər rəhbər şəxsin təsadüfən maşınında oldum. Mənim partiya sədri kimi 14 illik maşınım onun maşınından yaxşıdır. Bu dövlətin ali qurumudur. Bura yaxşı maşınlar verilsin, bina tikilsin. Bizim rəhbərliyiniz həyalıdıır deyə belə münasibət göstərmək olmaz".

 

Spiker həmkarının çıxışına sərt reaksiya verib: "Milli Məclis rəhbərliyinin heç bir narazılığı yoxdur. Siz niyə narahatsınız ki?! Hər şey öz yerində olacaq . Keçən il müharibə ili oldu. Bu il Zəfər ilidir. Tahir müəllimin söhbəti yiyəsi olmayan məsələyə gedib çıxdı. Ona görə mən əsəbləşdim. Qaçqınlar, məcburi köçkünlər Qarabağa köçsün, onları yerləşdirəndən sonra danışarıq".

Tarix: 17 Noyabr 2021, 17:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin