BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda vəzifəli şəxs cəzalandırıldı

Bakıda “Longway Group” turizm firmasının vəzifəli şəxsi işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsinə görə cərimə edilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidməti şirkətin qanuni təmsilçisi Ağayev Kamran Fəxrəddin oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə protokol tərtib edib.

 

Səbail Rayon Məhkəməsi bu protokola əsasən, onun 1400 manat məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.

 

Qərardan verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Mirzəli Abbasov şikayəti təmin etməyib və cərimə qərarı qüvvədə saxlanılıb.

 

Tarix: 12 Fevral 2020, 10:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin