BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ermənistanın belə addımları bundan sonra da adekvat cavablandırılacaq" - Sahibə Qafarova

"Bu təxribatın məsuliyyəti Ermənistanın hərbi - siyasi rəhbərliyinin üzərinə düşür və qarşı tərəfin bu kimi addımları bundan sonra da adekvat şəkildə cavablandırılacaq".

Pravda.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova tviter hesabında yazıb.

Spiker dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribat nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olmuş hərbi qulluqçuların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmasını diləyib.

"Allah şəhidlərimizə rəhmət eləsin!", - paylaşımda deyilir.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub.

Tarix: 18 Noyabr 2021, 00:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin