BURADA REKLAMINIZ OLA
BİLƏR

ATƏT sədri Ceyhun Bayramovla regiondakı son vəziyyəti müzakirə etdi

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Ann Linde "Twitter"də bildirib.

 

Telefon danışığı zamanı regiondakı son vəziyyət müzakirə olunub.

 

“Mən de-eskalasiya prosesinə davam etməyə çağırdım. Minsk Qrupunun həmsədrləri və şəxsi nümayəndəmin fəaliyyətinə dəstəyimi bir daha təkrar etdim”, - ATƏT sədri qeyd edib.

 

Qeyd edək ki, Ann Lindenin noyabrın 17-də Ermənistan XİN rəhbəri ilə də telefon danışığı olub.

Tarix: 18 Noyabr 2021, 14:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin