BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda qadın polkovnik-leytenant vəfat etdi

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Mətbuat Xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik-leytenant Təranə Məmmədova dünyasını dəyişib.

Pravda.az xəbər verir ki, bu barədə T.Məmmədovanın yaxınları məlumat verib.

Məlumata görə, T. Məmmədova bir müddət ağır xəstəlikdən əziyyət çəkirmiş. Mərhum polkovnik-leytenant bu gün səhər saatlarında dünyasını dəyişib. O Yasamal qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, T.Məmmədova 1992-2013-cü illərdə Daxili Qoşunlarda xidmət edib, sonuncu iş yeri Daxili Qoşunların Mətbuat xidmətinin rəhbəri olub. 2013-cü ildə o səhhəti ilə əlaqədar ehtiyata buraxılıb.

Trend

Tarix: 18 Noyabr 2021, 17:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin