BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda məşhur şirkət yüksək məbləğdə cərimələndi

Azərbaycanda “Megamax” mağazası vasitəsilə məişət texnikasının satışını həyata keçirən “Marvel Group” şirkəti inzibati qaydada cərimə edilib.  

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, valyuta tənzimi qaydalarını pozduğuna görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi şirkətin 20 min Abş dolalrı cərimə edilməsi barədə qərar çıxarıb.

 

“Marvel Group” İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

 

Qərardan verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Tarix: 12 Fevral 2020, 12:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin