BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda ata oğlunu öldürdü

Ağcabədidə ata oğlunu qətlə yetirib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, fevralın 11-də saat 7 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərovun evində münaqişə zəminində oğlu Turalı qətlə yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

 

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən V.Cəfərov saxlanılıb. Faktla bağlı Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Tarix: 12 Fevral 2020, 12:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin