BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan Prezidenti dünyaya vahid xilas yolunu ardıcıl olaraq təklif edir"

Bu ilin sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınayıb və Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan etmişdi. Ötən gün BMT Baş Assambleyanın İnsan hüquqları və humanitar komitəsində sözügedən qətnamə layihəsi müzakirə olunub və səsvermə ilə qəbul edilib. 171 ölkə qətnamənin lehinə səs verib. Heç bir ölkə qətnamənin əleyhinə səs verməyib. Artıq beynəlxalq ictimaiyyətin də Azərbaycan Prezidenti İlham Əliyevin COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəkləməsi məsələsi ilə bağlı "Qafqazinfo" ya açıqlama verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Orucun sözlərinə görə, təəssüf ki, bəşəri təhlükə olan COVİD-19 yaranan anda dünya siyasi və səhiyyə elitasının birliyini, vahidliyini ortaya çıxarmaq əvəzinə dünyada “güclülər və zəiflər” bölgüsünü daha da dərinləşdirdi, millətlərarası parçalanmanı dərinləşdirdi:

 

"Halbuki dünyanı vahid bir orqanizm kimi qəbul etmək mümkün olsaydı, heç olmasa, bütün insanlığın gələcəyinə törənən təhülkəni birlikdə aradan qaldırmaq üçün ənənəvi ittifaqlar, gizli dövlətləarası sövdələşmələr və zəif ölkələrin sanki məhv edilməsi tendensiyası istisna edilərdi. Eyni dərəcədə, biz peyvəndləşmə siyasətində də həmin diskriminasiyanın şahidi olduq.

 

Prezident İlham Əliyevin əksər beynəlxalq tribunalardan planetin xilası üçün irəli sürdüyü “peyvənd millətçiliyi”nə qarşı etirazı bir tərəfdən Azərbaycan adlı dövlətin humanizm və bəşəri dəyərlər üzərində siyasətini qurduğunun göstəricisidirsə, digər yandan mübarizənin yeganə, alternativsiz yoludur. Vaxtilə Ruzvelt, Çörçill və digər böyük simalar dünyəvi ölçüdə hərbi və siyasi qərarların, razıalşmaların müəllifləri, təşəbbüskarları kimi çıxış edir, yalnız öz dövlət və millət sərhədləri çərçivəsində qalmırdılar. İndi yeni əsrdə Azərbaycan lideri həmin tarixi missiyanı uğurla davam etdirir və 21-ci əsrdə dünya liderliyini ölkələrin hərbi-siyasi gücünə görə deyil, qitələrə və böyük coğrafiyalara verə biləcəyi sülhə görə müəyyənləşdiyini ortaya qoyur. Axı indiyədək istehsal olunan peyvəndin 80 faizə qədəri yüksək gəlirli ölkələrin payına düşürsə, BMT tərəfindən bir neçə ölkədə milyonlarla insanın ümumi göstəricidə heç beş faizinin vaksinləşmədiyi göstərilirsə, onda İlham Əliyevin daim öndə tutduğu ideyanın tərəfdarlarının artması bəşəriyyətdə təkbaşına xilasın qeyri-mümkünlüyü kimi təqdim oluna bilər.

 

Əks halda, konspirativ versiyaların-virusun və onunla mübarizə tədbirlərin həqiqətən dünya insanlarına qarşı kütləvi qırğın silahı kimi istifadə olunmasına dair bizim mötəbər saymadığımız mülahizələrə inananların sayı, təəssüf ki, artacaq. Vaksin bölgüsündə, ixtiraçı şirkətlər və distrübütor dövlətlər ən yüksək texnologiyalar sayəsində sürətli bir rejimdə öhdəliklərini yerinə yetirməsə, gözləməyə və istismraçı mövqe tutsa, onda yalnız bir qitə və ayrıca xalqın xilası mümkün olmayacaq. Bu aspektdə Azərbaycan Prezidenti dünyaya vahid xilas yolunu ardıcıl olaraq təklif edir".

 

Xatırladaq ki, Azərbaycan koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları edib. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi ayırıb, bu yaxınlarda dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim edib.

Tarix: 19 Noyabr 2021, 18:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin