BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarabağ məsələsi müzakirə edildi

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.

 

Telefon söhbətində tərəflər iki ölkə arasında əlaqələr və müdafiə sənayesi ilə bağlı danışıblar.

 

Bundan başqa, Əfqanıstanda vəziyyət və humanitar yardımlar, Suriyanın ərazi bütövlüyü və terrordan təmizlənməsi, Qarabağda sülh və rifahın daimi hala gətirilməsi, Ukraynanın şərqində yaşanan gərginliklə əlaqədar narahatlıqlar, Belarus-Polşa sərhədində yaranan gərginliyin aradan qaldırılması, Şərqi Aralıq dənizi mövzusunda ətraflı müzakirələr aparılıb.

 

Romada keçirilən G-20 dövlət başçılarının sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdioğanla ABŞ Prezidenti Co Bayden arasında ortaq strateji mexanizmin yaradılması ilə bağlı əldə olunan razılaşmanın təfərrüatları haqqında da fikir mübadiləsi aparılıb.

Tarix: 20 Noyabr 2021, 01:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin