BURADA REKLAMINIZ OLA
BİLƏR

Şahin Mustafayev İrana gedəcək

Noyabrın 21-də Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edəcək.

Pravda.az xəbər verir ki, səfər çərçivəsində İranın yollar və şəhərsalma, neft nazirliklərində görüşlər keçiriləcək, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunacaq.

Nümayəndə heyətinin İranın Birinci vitse-prezidenti Məhəmməd Muxbir ilə görüşü də nəzərdə tutulub.

Tarix: 20 Noyabr 2021, 15:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin