BURADA REKLAMINIZ OLA
BİLƏR

İrəvanda etiraz aksiyalarına start verildi

Ermənistanın paytaxtı İrəvanda bu gün səhərdən etiraz aksiyaları başlayıb.

 

Pravda.az-ın xəbərinə görə, aksiyalar şəhərin müxtəlif yerlərində keçirilir.

 

Aksiyanın təşəbbüskarları siyasi partiyalar, ictimai təşkilatlar, eləcə də ayrı-ayrı şəxslərdir.

 

Onlar Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına qarşı çıxır, imzalanması nəzərdə tutulan sənədlərin açıqlanmasını tələb edirlər.

 

İrəvanın bəzi küçə və prospektlərində aksiyalar səbəbindən avtomobillərin hərəkətində problem yaranıb.

 

Polis yolları açmaq üçün aksiya iştirakçılarını ərazidən uzaqlaşdırmağa çalışır.

 

Bu gün saat 17.00-da isə Ermənistan paytaxtının Respublika meydanında mitinq keçirilməsi nəzərdə tutulur.

Tarix: 22 Noyabr 2021, 11:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin