BURADA REKLAMINIZ OLA
BİLƏR

Mebel salonundan içərisində 1 500 manat olan seyf oğurlandı

Bakıda mebel salonundan oğurluq edən şəxs tutulub.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da rayon ərazisindəki mebel salonlarının birindən içərisində 1 500 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Kərimov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 22 Noyabr 2021, 12:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin