BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbsdə olan dünya çempionu ilə bağlı QƏRAR

Ali Məhkəmədə kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidovun barəsindəki hökmdən kassasiya şikayətinə baxılıb.


Pravda.az-ın xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Məcidovun cəzası 6 il 6 aydan 3 ilə endirilib.

Qeyd edək ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1979-cu il təvəllüdlü Ehram Məcidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokurorun protestinə əsasən, Bakı Apellyasiya Məhkəməsi onun cəzasını dəyişərək 6 il 6 ay azadlıqdan məhrumetmə təyin etmişdi.

"Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, kikboksinq üzrə beşqat dünya çempionu E.Məcidov qayınatası, 1953-cü il təvəllüdlü Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirli bilinib.Report

Tarix: 12 Fevral 2020, 17:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin