BURADA REKLAMINIZ OLA
BİLƏR

Ötən gün vurulan vaksinlərin sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan vaksinlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, ötən gün 61 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 48 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 292 495, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 050 605, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 524 851, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 717 039 təşkil edir.

Tarix: 22 Noyabr 2021, 19:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin