BURADA REKLAMINIZ OLA
BİLƏR

Prokurorluq: Tanınmış reperin anasının üzərinə ağac düşməsi araşdırılır

Tanınmış reper Pərviz İsaqovun (PRomete) küləyin təsirindən anasının üzərinə ağac düşməsi və ayağının amputasiya edilməsi faktı araşdırılır.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd edilib ki, vətəndaş Pərviz İsaqovun anası Pərvanə İsaqovanın 10.11.2021-ci il tarixdə Yasamal rayonu, Mirəli Seyidov küçəsi 60 ünvanın yaxınlığında olarkən ağacın küləkliyin təsirindən qırılaraq üzərinə düşməsi və sonuncunun aldığı xəsarətlər nəticəsində sol ayağının amputasiya edilməsi barədə müraciət əsasında Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix: 23 Noyabr 2021, 12:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin