BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sərnişin avtobusu avtomobillə toqquşdu, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinindən verilən məlumata görə, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Rahim Həbibovun idarə etdiyi “Lada Granta” markalı avtomobil və A.Əliyevin 186 saylı marşrut xətti üzrə idarə etdiyi “Daewoo” markalı avtobus toqquşub. Qəza nəticəsində R.Həbibov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Tarix: 23 Noyabr 2021, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin