BURADA REKLAMINIZ OLA
BİLƏR

“Fransa ATƏT-in Minsk Qrupunda həmsədrliyinin üstündən 2020-ci ildə xətt çəkdi” - RƏY

"ATƏT-in Minsk Qrupu ilə bağlı addımlar atılmalı və qurumun formatı yenilənməlidir. Ötən 30 il ərzində Minsk Qrupunun həmsədrlik institutu özünü doğrultmayıb. Bu, ümumi mənzərənin xoşagələn olmadığını görmək üçün kifayət edir. Ötən müddətdə həmsədr ölkələrin ezamiyyə və s. xərcləri üçün milyonlarla vəsait istifadə edilib, lakin bunlar sülhyaratma missiyasında bir qram da olsa irəliləyiş əldə edə bilməyiblər. Ona görə də xüsusilə ermənipərəst Fransa olmaqla, həmsədr olan Rusiya və ABŞ da dəyişməlidir".

 

Bunu Pravda.az-a açıqlamasında ekspert Üzeyir Cəfərov Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi fəaliyyəti barədə danışarkən deyib.

 

 

O bildirib ki, bu qurum sadəcə olaraq dövlət büdcələrini soymaqla məşğuldur: "Əslində, Fransa 2020-ci ildə öz həmsədrliyinin üstündən xətt çəkdi. Prezident Emmanuel Makron Ermənistanın mövqeyini müdafiə etdi və bizim ordumuzda terrorçuların döyüşdüyü barədə Azərbaycan əleyhinə ciddi ittihamlar səsləndirdi. Amma həmin faktları ortaya qoya bilmədi, abırlı dövlət olsaydı Azərbaycandan üzr istəməli və həmsədrlikdən istefa verməli idi. Axı deyirlər ki, biz Avropanın inkişaf etmiş, ağıllı dövlətləriyik. Azərbaycanı günahlandırdığı halda ortaya sübut qoya bilmədiyi üçün istefa mədəniyyətini göstərməli idi. Ona görə də Minsk Qrupunda təmsil olunan ölkələrin siyahısına yenidən baxılmalıdır. Orada Rusiya, Fransa, ABŞ-ın olması mütləq deyil. Nəzərə almaq lazimdir ki, ötən 28 ildə bir məsələni belə həll edə bilməyiblər. Pis oxuyan uşaq ya sinifdə qalır, ya iki alır, ya da məktəbdən xaric olunur. Qurumun qalaq-qalaq kağızları boş şeylərdir. Gün gələcək, Azərbaycan və Ermənistan ordusunda Vətən müharibəsi zamanı həyatını itirənlərin valideynləri beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk Qrupu barədə iddia qaldıracaq və deyəcəklər ki, məhz sizin fəaliyyətsizliyiniz nəticəsində Ermənistan terror əməllərinə davam etdi və bizim övladlarımız həyatını itirdi".

 

Nəzrin Cavid

Tarix: 23 Noyabr 2021, 13:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin