BURADA REKLAMINIZ OLA
BİLƏR

“Fransa ATƏT-in Minsk Qrupunda olmazsa, Rusiya və ABŞ Azərbaycanın əleyhinə çıxa bilməyəcək” - RƏY

"Fransa Azərbaycan əleyhinə açıq-aşkar təbliğat aparır, Ermənistanı hər vəchlə müdafiə etməyə çalışır. Fransa Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və heysiyyatına toxunan hərəkətlər edir. Deputatlar doğru edib Fransanın ATƏT-in Minsk Qrupundan uzaqlaşdırılmasını tələb edir. Nəzərə almaq lazımdır ki, Fransa Minsk Qrupunda olmasa, Rusiya və ABŞ dövlətimiz əleyhinə çıxa bilməyəcəklər".

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

 

 

Politoloq bildirib ki, Minsk Qrupunun həmsədrləri arasında Azərbaycan əleyhinə davranışları ilə Fransa birinci yerdədir: "ATƏT-in Minsk Qrupunda ümumilikdə 11 ölkədən 10-u xristian ölkəsidir. Müsəlman ölkəsi olan bircə Türkiyədir. Ona görə də həmsədr kimi Fransanın əvəzinə Türkiyə təyin olunmalıdır ki, ədalət bərpa olunsun. Başa düşə bilmirəm, dünya dərəbəylikdir?! Belə çıxır ki, güclü dövlətlər istədikləri vaxt kiçik dövlətləri əzə bilərlər?! Bu, doğru yanaşma deyil. Məgər beynəlxalq hüquq normaları "dəfn edilib"?!  Müstəmləkəçilik və ya imperializm dövrü deyil. Deputatlar çoxdan Fransanın Minsk Qrupu həmsədrliyindən çıxarılmasını tələb etməli idilər və ümumiyyətlə həmin ölkə ilə əlaqələr kəsilməlidir. Fransa xüsusi çəkisi olmadığına baxmayaraq, Avropanın ən millətçi və imperialist dövlətidir. Fransa bu cür etikadan kənar, beynəxalq hüquq normalarının əleyhinə olan davranışlarına görə rüsvay edilməlidir".

 

Nəzrin Cavid

Tarix: 23 Noyabr 2021, 16:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin