BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistan başa düşdü ki, bu, Azərbaycan üçün yalnız masa üzərində qalmayacaq” – Üçtərəfli görüşlə bağlı açıqlama

"Noyabrın 26-da keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşündən gözləntilərimiz çoxdur. Vətən müharibəsində yaratdığımız yeni reallıqlara uyğun yeni hərəkətlər müşahidə olunmalıdır. Bunlara 10 noyabr bəyanatının bütün müddəalarının tam şəkildə həyata keçirilməsi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası məsələləri aiddir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması bu məsələlərin həllindən keçir".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

 

Deputat qeyd edib ki, sülh müqaviləsinin imzalanmasının gecikməsi təəssüf doğurur: "Bunun başqa alternativi yoxdur. Ermənistan da noyabrın 16-da başa düşdü ki, bu məsələ Azərbaycan üçün yalnız masa üzərində qalmayacaq. Yəni, regionda uzunmüddətli sülhə mütləq nail olmaq lazımdır. Odur ki, noyabrın 26-da Soçidə planlaşdırılan görüş bu məsələlərin həlli üçün addımların atılması üçün başlanğıc olacaq. Azərbaycan hər zaman bu cür ikitərəfli və üçtərəfli görüşlərdə iştirak etməklə pozitivliyini və sülhməramlı niyyətini ortaya qoyur. Azərbaycan gələcək perspektivlər barədə ümidlidir və regionda dayanıqlı sülhün təminatına inanır".

 

Nəzrin Cavid

Tarix: 24 Noyabr 2021, 10:57   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin