BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Guya "Qara" qədim ermənicə "böyük" deməkdir, "bağ" isə iranlı qardaşlara bağlanır...”

Ermənilər çırpınırlar... Əlbəttə, bu Türkün bayrağına salam vermək üçün dalğalarını şahə qaldıran Qara dənizin çırpıntısından deyil.

 

Ölümqabağı vurnuxmaq, can çəkişməsi kimi bir şeydir.

 

Deməli, "yerli ideoloqlar" bütün dünyanın türk əsilli "Qarabağ"  toponimindən istifadə etdiyini görüb tam "erməniləşmək" üçün psevdo (ingilislər daha yaxşı deyir: puppit -kukla) dövlətlərini Arsax adlandırdılar. Sonra anladılar ki, türk sak tayfaların adı ilə bağlı olan "Arsax" "Qarabağ"dan heç də az türkcə deyil.  Həm də onu erməni toponimi kimi vecinə alan yoxdur. Hamı Qarabağ deyir.

 

Odur ki, valı dəyişirlər. Oyuncaq qurumun qapıçısından "birinci diplomatına" qədər bütün işçiləri  özündən ibarət olan "xarici işlər naziri" açıqlama yayıb ki, bəs bilməzsiniz, "Qarabağ" qədim erməni sözüdür. Guya "Qara" qədim ermənicə "böyük" deməkdir,  "bağ" isə iranlı qardaşlara bağlanır və Boq sözünün təhrifə uğramış şəklidir. Deməli, Qarabağ da Böyük Allahın ermənilərə əta etdiyi torpaqdır, yaxud Böyük Allah yurdudur. Fikrini əsaslandırmaq üçün də ermənilər arasında yayğın olan Qarabed adını nümunə gətirir. Yəqin ki, erməni-fars qardaşlığışı zəmininində Qarabedi də "böyük, fəlakət, pislik " və s.  kimi şərh etmək olar.

 

Belə getsə, bu acgöz  məxluqlar tezliklə Qara dənizə, Qarayazıya, Qaradabaniyə, Qaradonluya,Qaramana, Qarahanilər dövlətinə, Qaraqoyunlulara, hətta qaramala talib olacaqlar (Bu sıradan Qaraxaçı, Qarakilsəni artıq özününküləşdiriblər).

 

"Bağ-Boğ-Boqa" gəldikdə isə görünür, bədbəxtlər İsa Hüseynovun 30-40 il əvvəl yazdıqlarını indi oxuyublar...

 

Vilayət Quliyev

 

Azərbaycanın Macarıstandakı keçmiş səfiri

Tarix: 24 Noyabr 2021, 11:21   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin