BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Türk lirəsinin dəyər itirməsi bir sıra güc mərkəzlərinin əli ilə baş tutur” - RƏY

"Xarici qüvvələr  uzun illərdir ki, Türkiyəni nüfuzdan salmaq, zəiflətmək və hətta parçalamaq üçün böyük məbləğdə pullar xərcləyirlər. Təbii ki, bu pullar elə Türkiyə daxilində olub dövlətə düşmən kəsilən qüvvələrə verilir. Xarici qüvvələr Türkiyəni belələrinin əli ilə məhv etmək niyyətindədirlər. Təəssüf ki, qardaş ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyalar bu cür xarici qruplaşmaların havadarlığını qəbul edir, onlara xidmət göstərirlər. Türkiyədə baş verən son hadisələr, aksiyalar əsasən bununla əlaqədardır".

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvü Elman Məmmədov deyib.

 

 

Parlament üzvü bildirib ki, həmin siyasi partiyalar xarici qüvvələrin maliyyəsi hesabına Türkiyənin beynəlxalq aləmdə artan nüfuzuna xələl gətirmək istəyirlər: "Onu da qeyd edim ki, xarici qruplaşmalar açıq oynayırlar, PKK və bu kimi digər terror təşkilatlarına milyardlarla dollarlıq silah-sursat verirlər, həmin terror təşkilatlarını məhz Türkiyəyə qarşı silahlandırırlar, təlimlər keçirlər. Unutmaq olmaz ki, silahlandırılan terror təşkilatlarının Avropanın müxtəlif ölkələrində qərargahları var və Türkiyənin terrorçu, cinayətkar elan etdiyi adamlar həmin ölkələrdə sərbəst gəzirlər, müəyyən mövqe və hörmətə sahibdirlər. Bu, boşuna deyil. Həmçinin Amerikanın da hərbi terror təşkilatlarının Türkiyənin bir sıra siyasi partiyalarını maliyyələşdirilməsi üzrə faktlar var. Burada məqsəd bugünün güclü Türkiyəsinə qarşı xoşagəlməz davranışların başladılmasıdır. Yəni, Türkiyə daxilində belə qüvvələrin fəaliyyətinin intensivləşməsi özbaşına deyil. Azərbaycan xalqı da Türkiyənin daha güclü və nüfuzlu olmasını istəyir. Şəxsən Azərbaycan vətəndaşı olaraq qardaş ölkədə Ərdoğan iqtidarının daha uzunömürlü olmasını arzulayıram. Türk xalqı böyük və müdrik xalqdır, qədim tarixə və mədəniyyətə malikdir. Ona görə də Türkiyə xalqı baş verənlərdən düzgün nəticə çıxaracaq, kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirəcək. Ölkənin cənab Ərdoğanın dövründəki inkişafı göz önündədir. Hazırda ölkədə lirənin dəyərinin itməsi də bir sıra güc mərkəzlərinin əli ilə baş tutur. Bütün bunlar Türkiyə iqtisadiyyatını çökürtmək üçün qəsdən törədilir".

 

Nəzrin Cavid

Tarix: 24 Noyabr 2021, 11:46   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin