BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Səhiyyə Nazirliyi saxta vatsap mesajları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi

Son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tərəfindən istifadəçilərə “Vatsap” üzərindən “spam” mesajlar göndərilir.

 

Bu barədə nazirlik məlumat yayıb.

 

“Mesaj göndərən şəxs Səhiyyə Nazirliyi Depo Departamentinin insan resursları şöbəsinin baş koordinatoru Emil Hüseynov olduğunu iddia edir. Həmin şəxs vətəndaşların müxtəlif vakansiyalar üzrə müraciətlərinin müsbət dəyərləndirildiyini iddia edir və bunun təsdiqi üçün onlardan 58 manat ödəniş etməsini tələb edir.

 

Bildiririk ki, Səhiyyə Nazirliyində bu adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqəti əks etdirmir.

 

Vətəndaşlardan xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər”, - nazirlikdən bildirilib.

Tarix: 24 Noyabr 2021, 12:43   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin