BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Vətəndaşlar və hərbçilər minatəmizləmə orqanlarının işarələdikləri təhlükəli ərazilərə yaxınlaşmamalıdırlar” - ÇAĞIRIŞ

"Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməməkdə əsas məqsədi azərbaycanlıların işğaldan azad edilmiş ərazilərə qayıdışını ləngitmək, o cümlədən mümkün qədər çox hərbçimizin və mülki şəxslərin minalardan zərər görməsinə nail olmaqdır. Vətəndaşlar və hərbçilər minatəmizləmə orqanlarının işarələdikləri təhlükəli ərazilərə yaxınlaşmamalıdırlar. Həmin ərazilərdə fəaliyyət zamanı maksimum dərəcədə diqqətli olmaq lazımdır".

 

Bunu Pravda.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev deyib.

 

Ədalət Verdiyev: “Ermənistanın qırıcılarını havaya qaldırmağa cürət  etməmişdi”

 

Onun sözlərinə görə, mülki şəxslər mütləq şəkildə ehtiyatlı davranmalıdırlar ki, həyatlarını təhlükəyə atmasınlar: "Həmin ərazilərdə gördükləri şübhəli predmetlərə yaxınlaşmaq olmaz. Belə olan halda, mütləq qaydada aiddiyatı qurumlara və ya şəxslərə məlumat vermək lazımdır. Nəzərə almaq lazımdır ki, bizim tək problemimiz ərazilərin minalanması deyil, çünki işğaldan azad olunmuş yerlərin böyük əksəriyyəti, həmçinin partlamamış hərbi sursatlarla çirkləndirilib. Ona görə də xalqımızın təhlükəsizliyinin təminatı və Ermənistanın niyyətinə çatmasına mane olmaq üçün aiddiyatı qurumların məlumatlarına diqqət etmək lazımdır".

 

Nəzrin Cavid

Tarix: 24 Noyabr 2021, 13:06   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin