BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Bayramov Finlandiyanın yeni səfiri ilə görüşdü

24 noyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narineni qəbul etdi.

 

XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov Finlandiyadan olan həmkarı ilə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan görüşə istinad edərək, ölkələrimiz arasında münasibətlərinin inkişafı perspektivlərini qeyd etdi. İki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyəti ifadə olundu.

 

Səfir Kristi Narine Azərbaycan Respublikasının Prezidenti ilə çox maraqlı görüşün keçirildiyini qeyd etdi. O, həmçinin Milli Məclisdə Finlandiya ilə Dostluq Qrupunun üzvləri ilə keçirilən görüşə məmnunluqla istinad etdi. Səfir Finlandiyanın bölgədə sülhün bərqərar olmasında maraqlı olduğunu və bu xüsusda, bölgənin sülh şəraitində gələcək inkişafına töhfə verməyə hazır olduğunu bildirdi.

 

Görüşdə tərəflər iki ölkənin iqtisadi, enerji, ətraf mühit, təhsil sahələrində qarşılıqlı əlaqələrinin inkişafı imkanlarını müzakirə etdilər.

 

Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Tarix: 24 Noyabr 2021, 15:03   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin