BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Paşinyan bilməlidir ki, ya Amerikadan, ya da Rusiyadan yapışmaq lazımdır, iki masada oturmaq alınmayacaq” - RƏY

"Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün Azərbaycanı ittiham edircəsinə cavablar verməsində qəribə heç nə görmürəm, çünki o peşəkar siyasətçidir. Həmçinin Ermənistanın daxilində vəziyyət olduqca gərgindir. Ermənistan diqqəti ayrı müstəviyə yönəltmək istəyir, çünki Paşinyanı devirmək üçün əsas yol ölkə daxilində qarışıqlıq, qarşıdurma yaratmaqdır. Nikol Paşinyan da bunun qarşısını almaq üçün qeyri-adekvat addımlar atır. ABŞ və Fransa da Ermənistanı Azərbaycanın əleyhinə çıxmağa məcbur edir, eyni zamanda Paşinyan da hakimiyətini qorumağa çalışır".

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev ötən gün Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan əleyhinə ifadələr səsləndirməsi barədə danışarkən deyib.

 

 

Politoloq bildirib ki, istənilən halda, Paşinyanın bu cür bəyanatlar verməsi anlaşılan deyil: “Dəqiqədə fərqli fikir bildirmək xəstə adamlara xas əlamətdir. Adam gah Zəngəzuru açır, gah deyir Naxçıvana yolu hardan vermək lazım olduğuna biz qərar verəcəyik, gah da sərhədlərin delimitasiya və demarkasiyasına razı olsa da, daha sonra bunun lazımsız olduğunu qeyd edir. Yəni, bu adamın konkret mövqeyi yoxdur. Belə adama "Bakı küləyi" deyirlər. Paşinyan kimi siyasətçilər həmişə savadsızlıqlarına görə özləri də istəmədən cəmiyyətdə gərginlik yaradırlar. Rusiya da məsələyə "əl qoymaq" istəyir. Ona görə də dekabrda keçirilməsi planlaşdırılan görüşdən əvvəl Soçidə üçtərəfli görüşün baş tutacağı planlaşdırılıb. Bütün bunlar deməyə əsas verir ki, Pasinyan çıxış yolu tapa bilmir. Belə davam edərsə, o, hakimiyyətdən gedəcək. Odur ki, Paşinyanın çıxışlarını çox da ciddi qəbul etmək lazım deyil, lakin eyni zamanda onun ötürdüyü informasiyalardan yararlanmalıyıq. O, həm Rusiyanın, həm də Amerikanın istəklərini yerinə yetirməyə çalışır, amma işi batıracaq. Paşinyan bilməlidir ki, ya Amerikadan, ya da Rusiyadan yapışmaq lazımdır. Siyasi cəhətdən iki masada oturmaq alınmayacaq".

 

C.Nuriyev, həmçinin qeyd edib ki, əgər Azərbaycan ikinci bir müharibəyə başlasa, ilk növbədə Qazaxın işğalda olan 7 kəndini azad edəcək: "Belə olan halda, Ermənistanın Gürcüstana çıxışı birmənalı olaraq bağlanır, tamamilə blokadaya düşür. Ona görə də Paşinyan ciddi-ciddi düşünməlidir. Onlar istəyirlər ki, Azərbaycan ordusu ilə Rusiya sülhməramlıları arasında atışma nəticəsində hansısa rus əsgəri ölsün və nəticədə Azərbaycanla Rusiya üz-göz olsunlar. Lakin Rusiya çox yaxşı başa düşür ki, onun Qafqazda qalması üçün yeganə şərt Azərbaycanla münasibətləridir".

 

Nəzrin Cavid

Tarix: 24 Noyabr 2021, 17:44   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin