BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Paşinyan Overçukla üçtərəfli komissiyanın fəaliyyətini müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçuk və Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb. Görüşdə regional kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyanın fəaliyyəti müzakirə edilib.

Pravda.az-ın xəbərinə görə, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

"Tərəflər Ermənistan və Rusiya arasında ikitərəfli əməkdaşlığın gündəliyi, eləcə də Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupunun fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər. Tərəflər Transqafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərinə, Ermənistanın baş naziri, Rusiya və Azərbaycan prezidentlərinin 2021-ci il yanvarın 11-də imzaladıqları bəyanat çərçivəsində işlərin gələcək inkişafına toxunublar”, məlumatda qeyd olunub.





Tarix: 24 Noyabr 2021, 19:37   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin