BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Lavrovla Mirzoyan telefonla danışdı

Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Pravda.az-ın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər Azərbaycan - Ermənistan sərhədindəki son vəziyyəti müzakirə ediblər. Lavrov və Mirzoyan həmçinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvarda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin imzaladığı üçtərəfli bəyanatlarda göstərilən öhdəliklərin yerinə yertirilməsi istiqamətində görülən işlər barədə də fikir mübadiləsi aparıblar.

Tarix: 24 Noyabr 2021, 19:47   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin