BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Fuad Axundov: "Ermənistanın yeganə çıxış yolu qonşu ölkələrə ərazi iddialarından əl çəkməsidir"

"Ermənistan regionda yeganə monoetnik dövlətdir. Bu tarixin təbii gedişatın nəticəsi deyil, bu, etnik təmizləmənin nəticəsidir. Dağıntılarda da gördüyünüz kimi, ermənilər Livan boyda bir ölkəni dağıdıblar".

Pravda.az xəbər verir ki, bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov deyib.

F.Axundov bildirib ki, işğaldan azad edilən əraziləri yenidən tikməliyik: “İkinci dünya müharibəsində də dağıntılar olub. Ancaq həmin dağıntılar şiddətli döyüşlərin nəticəsində olub. Burda isə bütün binalar kərpic-kərpic sökülüb. Bunun Cənab Prezidentin də dediyi kimi, iki səbəbi var: birincisi talan, ikincisi isə bizim tarixi izlərimizi silmək.
Bu gün Ermənistan bütün layihələrdən kənarda qalıb. Bunun yeganə çıxış yolu onların qonşu ölkəyə qarşı ərazi iddialarından əl çəkməsidir."


APA

Tarix: 24 Noyabr 2021, 20:51   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin