BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxslərə vəzifə verildi

Biologiya elmləri doktoru Səyyarə İbadullayeva AMEA-nın Botanika İnstitutunun, Natiq Allahverdiyev isə Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsinə təsdiqləniblər.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin dünən keçirilən iclasında qəbul edilib.

 

Tədbirdə çıxış edən Natiq Allahverdiyev AMEA rəhbərliyinin tapşırığı ilə son aylarda Mərkəzi Nəbatat Bağında aparılan yoxlamalardan və mövcud problemlərdən danışıb. Qeyd edib ki, müəssisənin sabiq rəhbərliyi və Botanika İnstitutunun keçmiş direktorunun birgə iştirakı əsasında bağ üçün ayrılan və ekskursiyadan əldə olunan maliyyə vəsaitləri mənimsənilib, nəticədə Mərkəzi Nəbatat Bağında heç bir quruculuq işləri həyata keçirilməyib, ərazidəki ağaclar və bitkilər baxımsız vəziyyətdə qalıb. Akademik Ramiz Mehdiyevin tapşırığına əsasən son günlərdə Mərkəzi Nəbatat Bağında aparılan genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri barədə məlumat verən Natiq Allahverdiyev qeyd edib ki, müəssisənin ərazisində suvarma sisteminin səmərəli təşkili məqsədilə yeni su boruları çəkilib, ərazidəki kol-kos və qurumuş ağaclar təmizlənib, zəif inkişaf etmiş tinglər yenisi ilə əvəzlənib. Həyata keçirilən yenidənqurma və bərpa işlərinin ilin sonuna kimi tamamlanacağını deyən N.Allahverdiyev hazırda Mərkəzi Nəbatat Bağının ekskursiyaya açıq sahələrinin yolboyu hissələrində beton döşəmə plitələrinin salındığını, işıqlandırma sisteminin quraşdırıldığını diqqətə çatdırıb.

 

Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti Ramiz Mehdiyev Mərkəzi Nəbatat Bağı və Botanika İnstitutundakı yoxlamaların nəticəsinə toxunub və bir müddət əvvələ qədər sözügedən müəssisələrdəki özbaşınalıqlardan danışıb. Mərkəzi Nəbatat Bağının son illərdə bir növ Botanika İnstitutunun filialı kimi fəaliyyət göstərdiyini deyən R. Mehdiyev artıq həmin müəssisələrin nüfuzunun bərpası və sistemli elmi tədqiqatların aparılması üçün addımların atıldığını bildirib.

Tarix: 25 Noyabr 2021, 10:31   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin