Reklam

Bu dövlət qurumu üçün yeni inzibati binalar tikiləcək

Azərbaycanda yeni arxiv binaları tikilməsi nəzərdə tutulur. 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin filialları üçün müasir tələblərə cavab verən 500 min, rayon (şəhər) dövlət arxivləri üçün 50 min saxlama vahidi tutumlu birtipli layihə üzrə yeni arxiv binalarının tikilməsi və ya mövcud arxiv binalarının əsaslı təmiri, yenidən qurulması, uyğunlaşdırılmış binalara köçürülməsi Milli Arxiv İdarəsi, İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

Tarix: 12 Fevral 2020, 21:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin