BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda özünü güllələyən polislə bağlı daha bir xəbər

Sumqayıtda polisin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Pravda.az-ın məlumatına görə, Sumqayıt Mühafizə Polis İdarəsinin əməkdaşı, baş serjant, 1979-cu il təvəllüdlü Mütəllimov Rahib Əli oğlu ehtiyatsızlığın qurbanı olub.

Hadisə bu gün şəhərin 40-cı məhəlləsində yerləşən, banklardan birinin Sumqayıt filialının yerləşdiyi inzibati binanın arxa hissəsində baş verib.

R. Mütəllimov bankda mühafizəçi kimi xidmətdə olub. Binanın arxa hissəsində yerləşən otaqlardan birinə keçən 42 yaşlı polis əməkdaşı xidməti silahı ilə ehtiyatsız davranıb, nəticədə silahdan atəş açılıb.

O, aldığı güllə yarasından vəfat edib.

Araşdırmalar davam edir.

APA

Tarix: 25 Noyabr 2021, 15:01   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin